Konfrans Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, "Anderlext"in qapıçısı Bart Verbruqqen ən yaxşı oyunçu seçilib. O, azarkeşlər arasında keçirilən səsvermədə Diop ("Şerif"), Bonaventura ("Fiorentina"), İshakı ("Lex") qabaqlayıb.
Qeyd edək ki, "Anderlext" pley-off-da "Ludoqorets"ə 2:1 hesabı ilə qalib gəlib.