Rusiyada 19 yaşlı qapıçı öldü

26-02-2023, 11:34           
Rusiyada 19 yaşlı qapıçı öldü
Yekaterinburqun “Ural” futbol klubunun gənclərdən ibarət komandasının qapıçısı David Alekseyev 19 yaşında vəfat edib.

Bu barədə şənbə günü klubun mətbuat xidməti məlumat yayıb.

Ölüm səbəbləri barədə məlumat verilməyib.

“Bütün klubumuz bu faciəli hadisəyə görə kədərlənir. Davidin bütün dostlarına və qohumlarına başsağlığı veririk”, - məlumatda deyilir.

Alekseyev “Ural”ın gənclər və əvəzedici komandalarında oynayıb. 2021-ci ildə qapıçı əsas komanda ilə təlim-məşq toplanışında olub və yoldaşlıq görüşlərində iştirak edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru