"Mançester Siti"dən böyükhesablı qələbə, "Liverpul" heç-heçə etdi

26-02-2023, 09:47           
"Mançester Siti"dən böyükhesablı qələbə, "Liverpul" heç-heçə etdi
İngiltərə Premyer Liqasında 25-ci tur davam edir.

Qol.az xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma keçirilib. Lider "Arsenal" bu turda çətin "Lester" səfərində qələbə qazanıb. "Mançester Siti" "Bornmut"u darmadağın edib, "Everton" isə evdə "Aston Villa"ya uduzub.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 57 xalla "Arsenal" liderlik edir. "Mançester Siti" 55 xalla 2-ci, "Liverpul" 36 xalla 7-ci, "Aston Villa" 31 xalla 11-ci, "Kristal Pelas" 27 xalla 12-ci, "Nottinqem Forest" 25 xalla 13-cü, "Lester" 24 xalla 15-ci, "Vest Hem" 23 xalla 16-cı, "Lids" 22 xalla 17-ci, "Everton" 21 xalla 19-cu, "Sauthempton" isə 18 xalla sonuncu - 20-cidir.

İngiltərə Premyer Liqası, 25-ci tur
25 fevral

"Everton" - "Aston Villa" - 0:2
Qollar: O.Vatkins, 63-pen; E.Buendia, 81

"Lids" - "Sauthempton" - 1:0
Qol: J.Firpo, 77

"Lester" - "Arsenal" - 0:1
Qol: Q.Martinelli, 46

"Vest Hem" - "Nottingem Forest" - 4:0
Qollar: D.İnqs, 70, 73, D.Rays, 78, M.Antonio, 85

"Bornmut" - "Mançester Siti" - 1:4
Qollar: Y.Lerna, 83 - Y.Alvares, 15, E.Haaland, 29, F.Foden, 45, K.Mefam, 51-avtoqol

"Kristal Pelas" - "Liverpul" - 0:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru