Ciu-citsunun No-Gi versiyası üzrə turnir keçirilib - FOTOLAR

28-02-2023, 21:17           
Ciu-citsunun No-Gi versiyası üzrə turnir keçirilib - FOTOLAR
Bu gün Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının razılığı, Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr arasında Braziliya Ciu-citsu döyüş sənətinin No-Gi versiyası üzrə turnir keçirilib.
Turnir Xocalı faciəsi qurbanlarının və Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin xatirəsinə həsr olunub.
Yarışın əvvəlində Braziliya Ciu-Citsu idman növünün Azərbaycanda banisi, Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov açılış nitqi ilə çıxış edərək döyüşçülərə uğurlar arzulayıb.
Federasiyanın prezidenti Aqil Acalov, sədr müavinləri Anar Səfərov və Kamil Qocayev də çıxış edərək yarış haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıblar. Daha sonra həm Xocalı faciəsi zamanı həyatını itirənlərin, həm də Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılışın ardıyca start verilən yarışda respublikanın müxtəlif bölgələrindən yüzə yaxın idmançı iştirak edib. Sonda yarışın qaliblərinə medallar, diplomlar və kuboklar təqdim olunub.
Yarışda komandalar üzrə qaliblərin siyahısını təqdim edirik:
1-ci yer “Şikar Aslanov”;
2-ci yer “Hadiyev”;
3-cü yer “Xəzər”.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru