Ronaldu Səudiyyə Ərəbistanında ayın futbolçusu seçilib

1-03-2023, 09:34           
Ronaldu Səudiyyə Ərəbistanında ayın futbolçusu seçilib
"Al-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında fevral ayının ən yaxşı futbolçusu seçilib.

Portuqaliyalı forvard azarkeşlərin səsverməsi nəticəsində bu ada layiq görülüb.

38 yaşlı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 8 qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldu ötən ilin dekabrında "Əl-Nəsr"ə transfer olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.