İtaliya A Seriyası: Turin derbisində altı qol vuruldu - YENİLƏNİB + VİDEO
1-03-2023, 11:48

İtaliya A seriyasında 24-cü turun oyunları keçirilir.
“Yuventus” doğma azarkeşləri önündə “Torino” ilə qarşılaşıb.
Turin derbisində daha yaxşı çıxış edən Massimiliano Alleqrinin yetirmələri 4:2 hesabı ilə qalib gəliblər.
Oyun həm də “Yuve”nin yarımmüdafiəçisi Poqbanın komandaya qayıdışından sonra ilk dəfə meydana çıxması ilə yadda qalıb.
Qeyd edək ki, bu nəticədən sonra “Qoca sinyora” 35 xalla 7-ci yerdə qərarlaşıb. “Torino” isə həmşəhərlilərindən 4 xal geri qalmaqla 10-cu yerdədir.
00:14
İtaliya A Seriyasında 24-cü turun daha bir oyunu keçirilib.
“Roma” səfərdə “Kremoneze”nin qonağı olub. Görüş paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 1:2.
Hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Frank Tsacu açıb. 71-ci dəqiqədə Leonardo Spinatsola tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 83-cü dəqiqədə penaltidən Daniel Çofani qoyub.
İlk hissənin əvvəlində “canavarlar”ın baş məşqçisi Joze Mourinyo baş hakim Marko Piççinini təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə texniki zonadan qovulub.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Kremoneze” cari çempionatdakı ilk qələbəsini qazanaraq sonuncu pillədən xilas olub və 19-cu sıraya yüksəlib. 44 xalı olan “Roma” isə 5-cidir.