“Borussiya” Almaniya çempionatında liderliyə yüksəldi - VİDEO

4-03-2023, 09:37           
“Borussiya” Almaniya çempionatında liderliyə yüksəldi - VİDEO
Almaniya Bundesliqasının 23-cü turunda Dortmund “Borussiya”sı evində “Leypsiq”i qəbul edib.

Qarşılaşmada hesab 21-ci dəqiqədə açılıb. M.Roys penaltidən fərqlənib. 39-cu dəqiqədə meydan sahibləri E.Canın qolu ilə hesabı 2:0-a çatdırıblar.

Qonaqlar 74-cü dəqiqədə bu qollardan birinin əvəzini çıxıblar. E.Forsberq fərqlənsə də, “Leypsiq”in bundan artığına gücü çatmayıb.

Nəticədə “Borussiya” 49 xalla liderliyə yüksəlib. Qonaqlar isə 42 xalla 4-cü pillədə qərarlaşıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru