ÇL: “Real” və “Napoli” qələbə ilə 1/4 finalda - VİDEO

16-03-2023, 11:08           
ÇL: “Real” və “Napoli” qələbə ilə 1/4 finalda - VİDEO
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaqlar.

İspaniyada “Real” İngiltərənin “Liverpul” klubunu qəbul edib. Komandalar arasındakı ilk matçda 2:5 hesablı qələbə qazanan madridlilər bu dəfə minimal hesabla üstün olub – 1:0.

Yeganə qolu 79-cu dəqiqədə Kərim Benzema vurub. İki oyunun cəmində 6:2 üstün olan madridlilər 1/4 finala adlayıb.

Gecənin digər matçı İtaliyada keçirilib. “Napoli” öz meydanında “Ayntraxt”ı (Frankfurt) sınağa çəkib. İlk oyunda iki cavabsız qolla üstün olan italyanlar bu dəfə də qalib gəliblər - 3:0.

Viktor Osimhenin dubl etdiyi qarşılaşmada son nöqtəni penaltidən Pyotr Zelinski qoyub. İki oyunun cəmində 5:0 üstün olan Neapol təmsilçisi 1/4 finalda oynamaq hüququ qazanıb.

Daha əvvəl Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, İtaliyanın “Milan” və “İnter” klubları 1/4 finala vəsiqə qazanıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru