Fransa “Avro-2016″dannə qədər qazanacaq?

10-06-2016, 09:56           

Dünyanın ən gəlirli tədbirlərindən hesab edilən Avropa üzrə Futbol Çempionatı bu gün start götürür. Fransada keçiriləcək yarış 10 iyun – 10 iyul aralığında baş tutacaq. Bir ay ərzində 24 komanda arasında 51 oyun oynanılacaq. Fransa hökuməti isə artıq turistlər və ümumi təşkilatçılıqdan qazanacağı gəlirləri hesablayıb və "Avro-2016"dan 1.3 milyard avro qazanmağı planlaşdırıb.

ANS PRESS-in məlumatına görə, çempionatda ilk dəfə24 komanda iştirak edəcək. Buna baxmayaraq UEFA toplam sponsorlar, bilet satışları, televiziya və internet şəbəkələri üzərindən yayıma görə 1.9 milyard avro qazanacağını proqnoz edib. Ev sahibi Fransa isə bu futbol bayramından 1.3 milyard avro gəlir əldə etməyi planlaşdırıb.

Bəzi araşdırma qurumlarının bildirdiyinə görə, ev sahibi ümumilikdə təşkilatçılıq üçün 1.5 milyard avrodan keçməli olub. Əvəzində turistlərin Fransada bu rəqəmdən bir neçə yüz milyon az xərcləyəcəkləri söylənilsə də, ölkə rəhbərliyi bunu normal hesab edib.

Futbol turistlərinin yaşayış, qida, içki və hədiyyələrə ortalama 788 milyon avro xərcləyəcəyi düşünülüb. Çempionat boyunca fərqli konsert və tədbirlərin də olacağı deyilib. Fransa buradan 195 milyon avrodan artıq qazanmağa çalışacaq.

UEFA bu ilki "Avro-2016" qalibinə kubokla yanaşı 8 milyon avro mükafat da ayırıb. 2-ci yer sahibi yığmaya 5 milyon avro, yarımfinalçılara isə 4 milyon avro hədiyyə edilməsi nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.