“Mənim komandama qol vursan başını əzəcəm” – Ronaldo təhdid edildi

13-06-2016, 10:13           

Dünyanın en çox izlənilən serialı olan “Game of Thrones”un (Taxtların oyunu) nəhəng qəhrəmanı Mountin futbolçu Kriştiano Ronaldonu təhdid edib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, “Avro- 2016”da ölkəsi İslandiya ilə qarşılaşacaq Portuqaliyada forma giyən ulduz futbolçuya hədə-qorxu gələn Mountain ləqəbli Tor Björnnson deyib:
“Ronaldo sənin çox yaxşı bir futbolçu olduğunu bilirəm. Ancaq mənim ölkəm İslandiyanın idmançılarına qarşı oynayacağın matçda qol vurma cürətini özündə tapsan və belə addım atsan səni tapacağam və eynən filmdə başqalarına etdiyim kimi sənin başını əzəcəm”.
Björnnson yarı zarafat olan bu mesajdan sonra gülməyə başlayıb.
Qeyd edək ki, Portuqaliya və İslandiya sonuncu qrup olan F qrupunda mübarizə aparır. Həmin qrupun digər iki komandası Avstriya və Macarıstandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru