Avro-2016-nın qrup mərhələsində baş tutan Almaniya-Ukrayna oyunundan sonra xoşagəlməz fakt üzə çıxıb.
Axar.az xəbər verir ki, oyundan sonra hər iki yığmanın paltar dəyişmə otağına girən Ralf adlı bir alman azarkeş gördüklərinin fotosunu çəkib. Fotolarda Ukraynanın paltar dəyişmə otağında boş şərab, pivə şüşələri, siqaret kötükləri olduğu görünür. Almaniyanın paltar dəyişmə otağında isə buz kisələrindən başqa bir şey gözə dəymir.
Ralf bu fotoları məşhur “Bild” qəzetinə göndərib. Mətbuata açıqlama verən azarkeş Avropa Çempionatında təhlükəsizliyin yetərincə təmin olunmadığını bildirib.