Zidan ərəblərin 150 milyon avroluq təklifindən imtina etdi

27-05-2023, 10:03           
Zidan ərəblərin 150 milyon avroluq təklifindən imtina etdi
Zinəddin Zidan Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunu çalışdırmaqdan imtina edib.

Asiya təmsilçisi fransalı mütəxəssisə iki mövsüm üçün 150 milyon avro maaş təklif edib. Ancaq o, “Ən-Nəsr”i çalışdırmaq istəməyib.

Xatırladaq ki, portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu sözügedən komandanın formasını geyinir. Daha əvvəl klubun “Roma”nın çalışdırıcısı Joze Mourinyonu baş məşqçi postuna gətirmək istədiyi bildirilirdi.

Qeyd edək ki, Zidan 2021-ci ildə “Real Madrid”dən ayrıldıqdan sonra işsizdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru