“Messi “Əl-Hilal”a keçəcək”

27-05-2023, 11:18           
“Messi “Əl-Hilal”a keçəcək”
Futbol analitiki Xalid Al Şenaif bildirib ki, “Əl Hilal “ yayda Lionel Messi (PSJ), Anxel Di Mariya (“Yuventus”) və Serji Busketslə (“Barselona”) müqavilə imzalayacaq.

Qol.az xəbər verir ki, bu barədə o, SBC proqramında söyləyib.

İspaniyanın “Marca” qəzetinin baş redaktoru Feliks Diaz məlumatı təsdiqləyib: “Əl Hilal” Messi, Di Mariya, Buskets və Albanı transfer etməyə yaxındır. Sizi əmin edirəm ki, Messi “Barselona”ya getməyəcək. Onun Di Mariya ilə “Əl Hilal”a gəlişi an məsələsidir.

Messinin atası oğlunun “Barselona”ya qayıtmasının çətin olacağını deyir. PSJ tezliklə Lionelin getdiyini elan edəcək . O, “Əl Hilal”a gedəcək”.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi iyunda başa çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru