Tanınmış hücumçu "Fənərbağça"ya görə İtaliya nəhəngindən ayrılıb

14-06-2023, 11:38           
Tanınmış hücumçu "Fənərbağça"ya görə İtaliya nəhəngindən ayrılıb
İtaliya "İnter"i futbolçusu Edin Ceko ilə yollarını ayırıb.

"Report" "Sky Italia" nəşrinə istinadən xəbər verir ki, bosniya və herseqovinalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

İddiaya görə, 37 yaşlı forvard Türkiyə "Fənərbağça"sına görə Milan təmsilçisi ilə vildalaşıb. Onun yaxın günlərdə İstanbul klubu ilə danışıqlara başlayacağı gözlənilir. Superliqa təmsilçisi təcrübəli oyunçuya iki illik müqavilə təklif edib.

Qeyd edək ki, Edin Ceko ötən mövsüm "İnter"in heyətində bütün turnirlərdə 52 oyuna çıxıb, 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru