UEFA Millətlər Liqasında "Dördlər finalı"na start verilir

14-06-2023, 09:43           
UEFA Millətlər Liqasında "Dördlər finalı"na start verilir
Bu gün UEFA Millətlər Liqasında "Dördlər finalı"na start veriləcək.

"Report"un məlumatına görə, ilk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkəcək. Rotterdamdakı "Feyenoord Stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qarşılaşmanı Rumıniya Futbol Federasiyasından İştvan Kovaç idarə edəcək.

Digər yarımfinal matçı iyunun 15-də İspaniya və İtaliya seçmələri arasında olacaq.

UEFA Millətlər Liqası
"Dördlər finalı"
Yarımfinal
14 iyun

22:45. Niderland - Xorvatiya
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, "Feyenoord Stadionu"

Qeyd edək ki, "Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru