Bakıda şahmat üzrə Dünya Kuboku: Nicat Abasov Karlsenə qarşı ağ fiqurlarla oynayır

20-08-2023, 17:24           
Bakıda şahmat üzrə Dünya Kuboku: Nicat Abasov Karlsenə qarşı  ağ fiqurlarla oynayır
Avqustun 20-də Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda kişilər bölməsində yarımfinalın ikinci partiyaları, qadınlar arasında final və üçüncü yer uğrunda görüşlər keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov yarımfinalda Maqnus Karlsen (Norveç) ilə qarşılaşıb. Avqustun 19-da baş tutan ilk partiyada Nicat Abasov rəqibinə uduzub, qara fiqurlarla oynayıb. Azərbaycan şahmatçısı bu gün ağ fiqurlarla oynayır.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir.

İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru