“Barselona” La Liqada yeni mövsümdə ilk qələbəsini qazandı - VİDEO

21-08-2023, 08:15           
“Barselona” La Liqada yeni mövsümdə ilk qələbəsini qazandı - VİDEO
“Barselona” futbol üzrə İspaniya La Liqasının 2023/24 mövsümündə ilk qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, Kataloniya klubu ikinci turda öz meydanında “Kadis”dən güclü olub - 2:0.

Hesabı 82-ci dəqiqədə Pedri açıb. 90+4-cü dəqiqədə Ferran Torres matçda son nöqtəni qoyub.
İlk görüşdə “Xetafe” ilə qolsuz heç-heçə edən “Barsa” hazırda dörd xalla dördüncüdür. Üç xalı olan “Kadis” 11-ci yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru