“Ən-Nəsr” daha bir ulduzun transferinə yaxındır - FOTO

21-08-2023, 08:57           
“Ən-Nəsr” daha bir ulduzun transferinə yaxındır - FOTO
Səudiyyə Ərəbistanı “Ən-Nəsr”i daha bir ulduz futbolçunu transfer etməyə hazırlaşır.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, klub Portuqaliya “Portu”sundan Otavionun transferini bitirib. Tərəflər bütün məsələlərdə ortaq məxrəcə gəliblər. Oyunçu tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

Qeyd edək ki, Kriştianu Ronaldunun da formasını geyindiyi “Ən-Nəsr” bu yay Sadio Mane, Seko Fofana, Marselo Brozoviç, Aleks Telleş kimi futbolçuları transfer edib.
Xatırladaq ki, Otavio 2014-cü ildən “Portu”da çıxış edir. “Transfermarkt” portalına görə, 28 yaşlı cinah oyunçusunun dəyəri 35 milyon avrodur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru