Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi kimdir?
22-08-2023, 08:28
Turnirin nəticələrinə görə Səlimova və Muzıçuk namizədlər turnirində iştiraka vəsiqə qazanıblar, Qoryaçkina isə daha əvvəl bunu təmin edib. Rusiyalı Aleksandra Qoryaçkina bolqarıstanlı Nurgül Səlimovanı tay-brekdə məğlub edərək Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi olub. Finalda rəqiblər klassik şahmatın hər iki oyununu heç-heçə edib. Avqustun 21-də baş tutan tay-brekdə 24 yaşlı rusiyalı daha güclü olub. Qarşıdurmanın ümumi hesabı 2,5:1,5 Qoryaçkinanın xeyrinə olub. Turnirin bürünc medalını bir gün əvvəl çinli Tan Çjonqini iki oyunda ümumi 1,5:0,5 hesabı ilə məğlub edən ukraynalı Anna Muzıçuk qazanıb. Turnirin nəticələrinə görə Səlimova və Muzıçuk namizədlər turnirində iştiraka vəsiqə qazanıblar, Qoryaçkina isə daha əvvəl bunu təmin edib. İyulun 29-da Bakıda dünya çempionatı start götürüb. Rusiyalılar və belaruslar neytral idmançı kimi mübarizə aparıblar. Sputnik