Şeyx Jassim "Mançester Yunayted"-in yeni sahiubi oldu

23-08-2023, 11:34           
Şeyx Jassim  "Mançester Yunayted"-in yeni sahiubi oldu
Şeyx Jassim İngiltərənin "Mançester Yunayted" futbol komandasının satın alınması uğrunda mübarizəni qazanıb və oktyabrın ortalarına qədər klubun 6 milyard funt-sterlinq dəyərində alınmasını tamamlamağa hazırlaşır.

"Report"un "The Sun"a istinadən verdiyi xəbərə görə, Qətərin kral ailəsinin üzvü Qleyzer ailəsinin klubdakı payını saxlamağa razı olan britaniyalı milyarder Cim Retklifi qabaqlayıb.

Məlumata görə, Qleyzerlər “Mançester Yunayted”də pay saxlamaq və klubda səhmlərə sahib olmaqda davam etmək niyyətində olublar, lakin iş adamlarına bunun azarkeşlərin böyük reaksiyasına səbəb olacağı barədə xəbərdarlıq edilib.

Qleyzer ailəsi “Mançester Yunayted”i 2005-ci ildə 800 milyon funt-sterlinqə satın alıb.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə iki oyun keçirib. Bu oyunlardan birində qalib, digərində məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru