"Qarabağ" "Qəbələ"ni məğlub etdi: Qurbanov zonadan qovuldu

25-09-2023, 21:32           
"Qarabağ" "Qəbələ"ni məğlub etdi: Qurbanov zonadan qovuldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, günün yeganə matçında “Qarabağ” “Qəbələ”nin qonağı olub.

Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

2-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 11-ci dəqiqədə Nəriman Axundzadə “köhlən atlar”ın ikinci qolunu vurub. Qonaqların heyətində Kevin Medina 42-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 75-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Lukas Afriko fərqi azaldıb.

Qurban Qurbanov baş məşqçi karyerasında ilk dəfə bu görüşdə qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Qarabağ” üçüncü pilləyə yüksəlib. Sonuncu sıradakı “Qəbələ”nin 4 xalı var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Araz-Naxçıvan”ı məğlub edib (1:0), “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçları heç-heçə yekunlaşıb./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru