"Barselona"nın Levandovski planı

2-10-2023, 00:13           
"Barselona"nın Levandovski planı
"Barselona" rəhbərliyi futbolçusu Robert Levandovskini klubu tərk etməməsi üçün oyunçunun müqaviləsini uzatmaq variantını nəzərdən keçirir.

Cebhe.info "sport.es"ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları polşalı hücumçu ilə fəal maraqlanır. Klublar 35 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsinin bitməsinə 1 il qaldığı gələn yay onu transfer etməyə çalışacaq.

Kataloniya təmsilçisinin Levandovski ilə müqaviləni daha bir il uzada biləcəyi vurğulanır. Bunun baş verib-verməyəcəyi futbolçunun oyun səviyyəsindən və klubda qalmaq istəyinin olub-olmamasından asılıdır. Hazırda Levandovski "Barselona"da xoşbəxtdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru