Lionel Messi MLS-də daha bir oyunu buraxacaq

2-10-2023, 09:39           
Lionel Messi MLS-də daha bir oyunu buraxacaq
ABŞ-ın “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı hücumçu oktyabrın 5-də MLS-dəki növbəti oyunu da buraxacaq.

Argentinalı forvardın oktyabrın 8-də “Çinçinnati” ilə görüşdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Messi zədə səbəbindən "İnter Mayami"nin son üç oyununu, o cümlədən ABŞ Açıq Kubokunun finalında “Hyuston Dinamo”ya uduzduqları matçı buraxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru