“Qalatasaray” “Mançester Yunayted”i məğlub etdi - ÇL-də gecənin nəticələri

4-10-2023, 08:54           
“Qalatasaray” “Mançester Yunayted”i məğlub etdi -
Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, A, B, C və D qruplarında ümumilikdə 8 oyun baş tutub.

Türkiyə çempionu “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”in qonağı olub. 5 qolun vurulduğu oyun İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər matçında “Bavariya” Danimarkada “Kopenhagen”i məğlub edib.

Günün mərkəzi qarşılaşması İtaliyada “Napoli” ilə Madrid “Real”ı arasında baş tutub. İspaniyalılar qarşılaşamadan 3:2 hesablı qələbə ilə ayrılıb.

“Sevilya” Niderland səfərində 1 xal qazanıbsa, “Arsenal” Fransada “Lans”a uduzub.

Çempionlar Liqası
Qrup mərhələsi, II tur
3 oktyabr

A qrupu

"Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - 2:3
Heylun, 17; 67 - Zaha, 23; Akturkoğlu, 71; İkardi, 81

"Kopenhagen" - "Bavariya" (Almaniya) - 1:2
Lerager, 56 - Musiala, 67; Tel, 83

B qrupu

“Lans” (Fransa) - “Arsenal” (İngiltərə) - 2:1
Tomasson, 25, Vahi, 69 - Xesus, 14

PSV (Niderland) - “Sevilya” (İspaniya) - 2:2
Yonq, 86; Teze, 90+5 - Qudel, 68; Nesiri, 87

C qrupu

“Union” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya) - 2:3
Beker, 30; 37 - Nyakate, 41; Bruma, 51; Kaştru, 90+4

"Napoli" (İtaliya) - "Real" (İspaniya) - 2:3
Ostiqard, 19; Zielinski, 54 (pen) - Vinisius, 27; Bellingem, 34; Valverde, 78

D qrupu

“Zalsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya) - 0:2
Oyarsabal, 7; Mendes, 27

“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya) - 1:0
Türam, 62












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru