Ronalduya qarşı yeni zorlama iddiası açılıb

5-10-2023, 11:24           
Ronalduya qarşı yeni zorlama iddiası açılıb
Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronalduya qarşı cinsi zorakılıq faktı ilə bağlı yeni iddia qaldırılıb.

Məlumata görə, amerikalı model Ketrin Mayorqinin vəkilləri ABŞ Apellyasiya Məhkəməsindən 2018-ci ildə qaldırılan iddianın təzələnməsini istəyiblər. 2022-ci ilin iyununda qadının vəkili Lesli Mark Stovall proses zamanı oğurlanmış məxfi sənədlərdən istifadə etdiyi üçün iddia rədd edilib.

2018-ci ildə Mayorqi futbolçunun 9 il öncə (2009-cu ildə) Las-Veqasda ona təcavüz etdiyini deyib. Hadisədən sonra Ronaldonun xanıma susması üçün 375 min dollar ödədiyi iddia edilir. İdmançı özü aralarında yaxınlıq olduğunu etiraf etsə də, zorlama faktını təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru