Çempionlar Liqası: PSJ “Nyukasl”a uduzub, “Barselona”nın səfər qələbəsi - YENİLƏNİB + VİDEO

5-10-2023, 08:54           
Çempionlar Liqası: PSJ “Nyukasl”a uduzub, “Barselona”nın səfər qələbəsi - YENİLƏNİB + VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, son olaraq 4 qrupda 8 qarşılaşma baş tutub.

Mərkəzi oyun Almaniyada gerçəkləşib. Dortmund “Borussiya”sı İtaliya təmsilçisi “Milan”la qolsuz heç-heçəyə razılaşıb. F qrupunun digər matçında “Nyukasl” İngiltərədə Fransanın PSJ komandasına qalib gəlib - 4:1.

Turnirin son qalibi, İngiltərənin “Mançester Siti” klubu Almaniyada “Leyptsiq”in qonağı olub.

UEFA Çempionlar Liqası, qrup mərhələsi

II tur

E qrupu

“Atletiko” (İspaniya) - “Feyenoord” (Niderland) 3:2

“Seltik” (Şotlandiya) - “Latsio” (İtaliya) 1:2


Xal durumu: "Atletiko"- 4, "Latsio" - 4, “Feyenoord” - 3, “Seltik” - 1.

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) - “Milan” (İtaliya) 0:0

“Nyukasl” (İngiltərə) - PSJ (Fransa) 4:1


Xal durumu: "Nyukasl" - 4, PSJ - 3, “Milan” - 2, “Borussiya” - 1.
G qrupu

“Leyptsiq” (Almaniya) - “Mançester Siti” (İngiltərə) 1:3


“Srvena Zvezda” (Serbiya) - “Yanq Boyz” (İsveçrə) 2:2

Xal durumu: "Mançester Siti" - 6, “Leyptsiq” - 3, “Srvena Zvezda” - 1, “Yanq Boyz” - 1.

H qrupu

“Antverpen” (Belçika) - “Şaxtyor” (Donetsk, Ukrayna) 2:3

“Portu” (Portuqaliya) - “Barselona” (İspaniya) 0:1


Xal durumu: “Barselona” - 6, “Portu” - 3, “Şaxtyor” - 3, “Antverpen” - 0.

04.09.2023, 23:16

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Atletiko Madrid” - “Feyenoord” (Rotterdam) oyunu ev sahiblərinin üstünlüyü ilə başa çatıb.

E qrupunun rəqibləri İspaniyanın Madrid şəhərindəki “Sivitas Metropolitano” stadionunda qarşılaşıblar.

“Atletiko” rəqibindən 3 xal almağı bacarıb - 3:2. Moratanın dublu və Qrizmanın qolu komandaya qələbə qazandırıb.


Eyni hesabla yekunlaşan Belçikanın “Antverpen” və Ukraynanın “Şaxtyor” klubları arasındakı oyunda isə sevinən tərəf qonaqlar olub -2:3.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru