"Tutaq ki, o, "mən getdim" dedi, bəs klubun sabahı necə olacaq?" - VİDEO

8-10-2023, 00:08           
"Tutaq ki, o, "mən getdim" dedi, bəs klubun sabahı necə olacaq?" - VİDEO
"İş adamları "Kəpəz"ə sponsorluq etmək istəmirlər".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Kəpəz"i ağuşuna alan problemləri sadalayıb:

"Bir qrup azarkeş İlqar Nadirininin istefasını tələb edir. Amma məncə onlar məsələyə daha praqmatik və real yanaşmalıdırlar.

Tutaq ki, İlqar Nadiri sabah "mən İdarə Heyətinin sədri vəzifəsindən istefa verdim" dedi. Bəs sonra?

Klubu kim götürəcək? Varmı elə iş adamı? Hə, kimsə gəlib klubu götürmək istəyər. Onu da araşdırmaq lazımdır.

Kimdir, məqsədi nədir - bunlar öyrənilməlidir. Çünki müasir futbolda oyunların "qumar"a qoyulması geniş yayılıb.

Elə bir adam olmalıdır ki, bu işlərdən uzaq dayansın. İlqar Nadiri bu gün Gəncə futbolunda tək qalıb.

Komandanın heyəti də ötən mövsümlə müqayisədə zəifləyib. Maliyyə dəstəyi olmasa., heyət güclənlirilməsə, "Kəpəz"in Premyer Liqada qalması çətin məsələdir".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.