Futbol üzrə İsrail çempionatının oyunları təxirə salınıb

8-10-2023, 09:36           
Futbol üzrə İsrail çempionatının oyunları təxirə salınıb
Fələstin-İsrail münaqişəsinin gərginləşməsi və HƏMAS-ın hücumları fonunda futbol üzrə İsrail çempionatının altıncı turunun oyunları təxirə salınıb.

Bu barədə İsrail Futbol Assosiasiyası məlumat yayıb.

“Yeddi matç təxirə salınıb, onlardan beşinin şənbə, ikisinin isə bazar günü baş tutması planlaşdırılırdı. Bazar ertəsi günü baş tutacaq ikinci divizion oyunlarının keçirilməməsi ilə bağlı qərar isə daha sonra veriləcək” - məlumatda qeyd olunur.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru