İkardi Türkiyə Super Liqasının tarixinə düşdü

8-10-2023, 10:44           
İkardi Türkiyə Super Liqasının tarixinə düşdü
“Qalatasaray”ın hücumçusu Mauro İkardi Türkiyə Super Liqasının tarixinə düşüb.

Belə ki, o, Super Liqada 32 oyunda 30 qol vuraraq buna ən tez nail olan (2007-2008-ci illərdən sonra) futbolçu adını qazanıb. M.İkardi bu uğura “Antalyaspor”la matçda müvəffəq olub.

Bu göstərici baxımından birinci pillədə 33 matçda 30 qol vurmuş Mbaye Dian qərarlaşmışdı.
Qeyd edək ki, Türkiyə Super Liqasının səkkizinci turu çərçivəsində “Qalatasaray”ın “Antalyaspor”u 2:0 hesabı ilə məğlub etdiyi oyunda argentinalı forvard bir qol vurub və 1 məhsuldar ötürmə verib.

Mənbə: NTV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru