Mourinyo: “Səudiyyə Ərəbistanında işləyəcəyimə inanıram”

8-10-2023, 11:44           
Mourinyo: “Səudiyyə Ərəbistanında işləyəcəyimə inanıram”
“Roma” klubunun baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanı çempionatında işləmək ehtimalını mümkün hesab etdiyini bildirib.

O deyib: “Hazırda “Roma”dayam, tamamilə bu kluba köklənmişəm və buradakı işimin son gününə qədər bütün gücümü sərf edəcəm. Heç kəs gələcəyi bilmir, lakin mən inanıram ki, Səudiyyə Ərəbistanında işləyəcəyəm. Bunun nə vaxt beş verəcəyini bilmirəm, amma bunu hökmən edəcəyimə əminəm”.

Qeyd edək ki, daha əvvəl yayılan məlumata görə, əgər ölkə çempionatında “Kalyari”yə uduzarsa, “Roma” rəhbərliyi portuqaliyalı mütəxəssisi qovacaq.
Mənbə: “Corriere dello Sport”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru