HƏMƏS yaraqlıları israilli futbolçunu qətlə yetirib

8-10-2023, 20:02           
HƏMƏS yaraqlıları israilli futbolçunu qətlə yetirib
İsraildə Fələstinin HƏMƏS yaraqlıları sabiq futbolçu Lior Assulini qətlə yetiriblər.

Cebhe.info xəbər verir ki, bu barədə Təl-Əvivin “Hapoel” klubu sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, 43 yaşlı idmançının meyiti Reim kibutsunun (kommuna) yanında aşkarlanıb.

Qeyd edək ki, “Hapoel”dən başqa israilli futbolçu ölkəsinin “Makkabi” (Hertsliya), “Beytar”, Bney Şahnin” və “Bney İyehuda”, həmçinin Kiprin “Apollon” komandalarında çıxış edib. Eyni zamanda, o, 2004-cü ildə Moskvanın “Spartak” klubunun maraq dairəsində olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru