Lamin Yamal La Liqanın tarixinə düşdü, “Barsa” autsayderlə bacarmadı - VİDEO

9-10-2023, 11:04           
Lamin Yamal La Liqanın tarixinə düşdü, “Barsa” autsayderlə bacarmadı - VİDEO
İspaniya La Liqasında IX tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, bağlanış matçında “Barselona” “Qranada”nın qonağı olub.

Dörd qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 2:2. Hesabı birinci dəqiqədə meydan sahiblərinin heyətində Brayan Saraqosa açıb. 29-cu dəqiqədə o, özünün və komandasının ikinci qolunu vurub.

Lakin “Barsa” təslim olmayıb. 45+1-ci dəqiqədə Lamin Yamal fərqi azaldıb. 16 yaş 87 günlüyündə rəqib qapısına yol tapan oyunçu La Liqa tarixində fərqlənməyi bacaran ən gənc futbolçu olub. 86-cı dəqiqədə isə Serji Roberto “Barselona”nı məğlubiyyətdən xilas edən qola imza atıb.

Bu nəticədən sonra 21 xalı olan “Barsa” üçüncü pillədədir. Komanda lider “Real Madrid”dən üç, ikinci yerdəki “Jirona”dan bir xal geri qalır. Autsayderlər sırasında qərarlaşan “Qranada” isə altı xalla 19-cudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru