Olivye Jiru Fransa millisinin qapıçıları siyahısına daxil edildi - FOTO

9-10-2023, 13:54           
Olivye Jiru Fransa millisinin qapıçıları siyahısına daxil edildi - FOTO
Fransa millisi “Milan”ın hücumçusu Olivye Jirunun Cenoa” ilə oyunda göstərdiyi performansla bağlı zarafat edib və onu 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarının qapıçıları siyahısına əlavə edib.

“Ona görə siyahını yeniləmək məcburiyyətində qaldıq”, - yığmanın “X” sosial şəbəkəsindəki paylaşımında yazılıb.

Xatırladaq ki, İtaliya A Seriyasının 8-ci turunun “Cenoa” ilə matçının 90+9-cu dəqiqəsində “Milan”ın qapıçısı Mik Menyan meydandan qovulub. Hücumçu Olivye Jiru matçın sonuna qədər qapıda dayanıb, belə ki, milanlıların artıq heç bir əvəzləmə imkanı olmayıb. Bununla da, Jiru komandasının 1:0 hesablı qələbəsinə töhfə verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru