"Real Madrid" "Şaxtyor"un futbolçusunu 10 milyon avroya alır

12-10-2023, 09:14           
"Real Madrid" "Şaxtyor"un futbolçusunu 10 milyon avroya alır
"Real Madrid" B komandasında (Real Madrid Kastilla) çıxış edən braziliyalı hücumçu Vinisius Tobiasın transfer hüququnu almaq istəyir.

Qaynarinfo "Eldesmarque"yə istinadən xəbər verir ki, Madrid təmsilçisi brazilyalının müqavilə bağlı olduğu "Şaxtyor"la danışıqlar aparırıb

Məlumata görə, Ukrayna klubu Vinisius Tobias üçün 10 milyon avro tələb edir. "Real Madrid"in bu məbləği ödəyəmə hazır olduğu deyilir. "Kral Klubu" bu futbolçuya artıq 32 yaşını tamamlayan Lukas Vazkesin əvəzləyicisi kimi baxır.

"Şaxtyor" Vinisius Tobiasi Braziliyanın "İnternasional" klubundan 6 milyon avroya alıb. 19 yaşlı sağ cinah müdafiəçisi 2022-ci ildən icarəyə verildiyi "Real Madrid Kastilla"da 45 oyun keçirib və 6 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru