“Formula-1”in sabiq prezidenti məhkəmədə təqsirini etiraf etdi

13-10-2023, 12:03           
“Formula-1”in sabiq prezidenti məhkəmədə təqsirini etiraf etdi
“Formula-1”in sabiq prezidenti Berni Ekklstoun Londonda Sautuark Kral Məhkəməsində keçirilən dinləmə zamanı dələduzluq əməllərini etiraf edib.

Məlum olub ki, avtomobil çempionatının 92 yaşlı sabiq rəhbəri vergi xidmətinə mövcud vəsaiti barədə yalan məlumat verib. O, Sinqapurda trast hesablarında olan 472 milyon avroluq aktivlərini bəyan etmədiyini deyib.

Qeyd edək ki, 2022-ci ildə Ekklstoun Vergi və Gömrük İdarəsinin araşdırmasından sonra fırıldaqçılıqda ittiham olunub. Həmin vaxt o, ittihamı qəbul etməmişdi.

Ekklstoun “Formula-1”ə 40 il rəhbərlik edib və bu postu 2017-ci ilin yanvarında tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru