Dünyanın ən məşhur 10 derbisi açıqlandı

14-10-2023, 00:01           
Dünyanın ən məşhur 10 derbisi açıqlandı
“FourFourTwo” nəşri dünyanın futbol üzrə ən məşhur 10 derbisini açıqlayıb.

Axar.az xəbər verir ki, 10 oyunun olduğu siyahının ilk pilləsində Argentinada “River Pleyt” və “Boka Xuniors” komandaları arasında keçirilən prinsipial qarşılaşma yer alıb.

Şotlandiyada “Seltik” – “Reyncers” dueli ikinci, İspaniyada “Real Madrid” – “Barselona” görüşü üçüncüdür. Türkiyədə “Fənərbağça” və “Qalatasaray” kollektivləri arasında oynanılan İstanbul derbisi isə 4-cü sırada qərarlaşıb.

Dünyanın ən məşhur 10 derbisi:

1. “River Pleyt” – “Boka Xuniors” (Argentina)

2. “Seltik” – “Reyncers” (Şotlandiya)

3. “Real Madrid” – “Barselona” (İspaniya)

4. “Fənərbağça” – “Qalatasaray” (Türkiyə)

5. “Borussiya” (Dortmund) – “Şalke” (Almaniya)

6. “Mançester Yunayted” – “Liverpul” (İngiltərə)

7. “Roma” – “Latsio” (İtaliya)

8. “Əl-Əhli” – “Zamalek” (Misir)

9. “Marsel” – PSJ (Fransa)

10. “Milan” – “İnter” (İtaliya)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru