AFFA rəsmisi AVRO-2024-ün seçmə mərhələ oyununa təyinat alıb
11-11-2023, 17:59
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan təyinat alıb.
Milli assosiasiyadan verilən məlumata görə, o, Slovakiya və İslandiya milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununda hakim-inspektor olacaq. Qeyd edək ki, qarşılaşma noyabrın 16-da Bratislavada gerçəkləşəcək.