28 yaşlı futbolçu oyun zamanı dünyasını dəyişdi - FOTO

12-11-2023, 09:47           
28 yaşlı futbolçu oyun zamanı dünyasını dəyişdi - FOTO
Albaniyada yerli "Eqnatiya" klubunun futbolçusu, qanalı 28 yaşlı Rafael Dvamena ölkə çempionatının oyunu zamanı dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyası məlumat yayıb.

Faciə şənbə günü baş verib. Dvamena komandanın heyətində "Partizani" ilə qarşılaşıb. Matçın 24-cü dəqiqəsində huşunu itirib. Həkimlər onun yanına gəliblər, məlum olub ki, idmançı infarkt keçirib. Xəstəxanaya aparılsa da, orada ona kömək edə bilməyiblər, futbolçu dünyasını dəyişib.

Dvamena 2023-cü il yanvarın 1-dən "Eqnatiya"da çıxış edir. Bundan əvvəl o, Avstriyanın Sürix şəhərində və bir sıra başqa klublarda çıxış etməyi bacarıb.

O, Qana millisində də çıxış edib və onun heyətində iki qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru