İtaliya çempionu öz meydanında autsayderə uduzdu - VİDEO
12-11-2023, 18:11
İtaliya çempionu “Napoli” A Seriyasında sondan əvvəlki sırada qərarlaşan “Empoli”ni qəbul edib.
Matçın 28-ci dəqiqəsində Covanni Simeone hesabı açsa da, VAR hakimə bunun ofsayd olduğunu bildirib.
Əlavə vaxtda isə Viktor Kovalenko meydan sahiblərini məyus edib - 0:1. Bu nəticədən sonra “Napoli” 21 xalla dördüncü yerdə qalıb, rəqibi isə 10 xal toplayaraq aşağı liqa zonasından qurtulub. https://t.me/oxuaze/69698