"Fənərbağça" yenidən liderliyə yüksəldi

13-11-2023, 08:36           
"Fənərbağça" yenidən liderliyə yüksəldi
Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub.

Axar.az xəbər verir ki, turun son matçında "Fənərbağça" səfərdə "Adana Demirspor"un qonağı olub. Matçda hesab açılmayıb və tərəflər hərəyə 1 xal qazanıblar.

Bu nəticə ilə xallarını 31-ə çatdıran "Fənərbağça" yenidən liderliyə yüksəlib. 22 xalı olan "Adana Demirspor" isə üçüncü pillədə qərarlaşıb.

Günün digər görüşlərində "Beşiktaş" "Başakşehir"i, "Rizespor" "İstanbulspor"u, "Pendikspor" isə "Samsunspor"u 1:0 hesabı ilə məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru