"Bayer" "Real"a şərt qoydu: Alonso bu halda gedə bilər 14-11-2023, 15:08 "Real Madrid" klubu gələn yay Xabi Alonsoya təklif göndərsə, "Bayer" ispan mütəxəssisin getməsinə icazə verəcək.Bunun üçün "Kral klubu" qarşı tərəfə 15-18 milyon avro kompensasiya ödəməli olacaq. Bu barədə "SZ Plus" nəşri məlumat yayıb.Qeyd edək ki, Xabi Alonsonun "Bayer"lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir./Offsideplus.az Facebook-da paylaş