“Ən-Nəsr” UEFA Çempionlar Liqasına dəvət oluna bilər

15-11-2023, 11:38           
“Ən-Nəsr” UEFA Çempionlar Liqasına dəvət oluna bilər
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024/25 mövsümündə Çempionlar Liqasında iştirak etmək üçün Səudiyyə Ərəbistanından “Ən-Nəsr”i dəvət etmək imkanını nəzərdən keçirir.

Bu barədə jurnalist Əli Əl-Hərbi “X” (keçmiş “Twitter”) səhifəsində məlumat verib.

“UEFA 2024-cü ildə Çempionlar Liqasında iştirak etmək üçün “Ən-Nəsr”ə dəvət göndərmək niyyətindədir, çünki klub ən populyar futbol klubundan biridir və Avropa qitəsində böyük populyarlıq qazanıb”, - jurnalist yazıb.
Xatırladaq ki, 2022-ci ilin dekabrından portuqaliyalı hücumçu Kriştianu Ronaldu da bu klubda çıxış edir. Beşqat “Qızıl top” sahibinin müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru