Kriştianu Ronaldu unikal nailiyyətə imza atıb

17-11-2023, 15:49           
Kriştianu Ronaldu unikal nailiyyətə imza atıb
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu unikal nailiyyətə imza atıb.

“Report”un məlumatına görə, ulduz futbolçu AVRO-2024-ün seçmə mərhələsində Lixtenşteynlə qarşılaşmada fərqlənərək buna nail olub.

Cari tsikldə rəqiblərini 10 dəfə cəzalandıran Ronaldu 38 yaşında il ərzində millinin heyətində 10 qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, həm də AVRO-2024-ün seçmə mərhələsinin ən məhsuldar oyunçusu olan belçikalı Romelu Lukakuya çatıb.

Ronaldu 2023-cü ildə vurduğu qolların sayını 46-ya çatdırıb. O, yalnız norveçli Erlin Holanndan (48 qol) və ingiltərəli Harri Keyndən (47) geri qalır.

Qeyd edək ki, Lixtenşteyni səfərdə 2:0 hesabı ilə məğlub edən Portuqaliya millisi yer aldığı J qrupunda 9 oyunda maksimum (27 xal) nəticə göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru