“Çox qəzəblənmişdim” - İsveç millisinin qapıçısı

17-11-2023, 17:56           
“Çox qəzəblənmişdim” - İsveç millisinin qapıçısı
“Çox qəzəblənmişdim. Amma baş verənlər orada qalmalıdı”. “Qafqazinfo” xəbər verir ki, bunu İsveç yığmasının qapıçısı Robin Olsen AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

33 yaşlı qolkiper nəticəyə görə utandığını bildirib: “Komanda yoldaşlarıma dediklərim orada qalacaq. Utanmalıyıq, mən utanıram. Belə pis nəticə ilə burada dayanmaq cəhənnəm kimi ağrıdır. Bütün tənqidlərə layiqik. Yazılanları oxumayacağam, amma ciddi tənqid gözləyirəm. Heç bir oyunçu özünü təsdiqləyə bilmədi. Üzrxahlıq üçün də formamı azarkeşlərə atdım. Edə biləcəyim ən az şey bu idi”.

Qeyd edək ki, F qrupunda olan İsveç və Azərbaycan milliləri hazırda hərəyə 7 xalla müvafiq olaraq 3-4-cü pillələri tuturlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru