''Qalatasaray''lı futbolçu ölümlə təhdid edildi
22-11-2023, 09:34

''Qalatasaray''ın bu yay ''Tottenhem''dən transfer etdiyi kolumbiyalı mərkəz müdafiəçisi Devinson Sançes ilə bağlı maraqlı xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, məlum olduğu kimi ötən həftəsonu Cənubi Amerika zonasında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Kolumbiya Braziliyanı qəbul etdi. Meydan sahiblərinin əzmkar qələbə qazandıqları qarşılaşmada Braziliya və ''Real''ın əsas ulduzu Vinisius Junior hələ ilk yarıda zədə alaraq oyunu tərk etmək məcburiyyətində qalmışdı. Onu zədələyən isə məhz Sançes olmuşdu. Tibbi müayinədən sonra dabanından zədələnən Vinisiusun ən azı 2 oynaya bilməyəcəyi məlum olub. Bu məqam Devinsonun təhdidlər almasına səbəb olub. Belə ki, Braziliya mətbuatının iddiasına görə 27 yaşlı futbolçu Braziliya mafiyası tərəfindən ölümlə hədələnib. Sançes bu təhdidlərə cavab verməyib. Bundan başqa Braziliya səhifələrində də Devinson ilə bağlı sərt paylaşımlar edilib. ''Qalatasaray'' fanatları isə futbolçunun ''instaqram'' səhifəsinə axın edərək şərhlərdə ona dəstək veriblər. Həmin oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Sançes Paraqvaya qarşı növbəti oyunu buraxmalı olacaq. Bu üzdən o artıq Türkiyəyə gələrək ''Qalatasaray''ın hazırlıq prosesinə qoşulub.