Braziliya millisi antirekorda imza atdı

23-11-2023, 00:08           
Braziliya millisi antirekorda imza atdı
Futbol üzrə Braziliya millisi antirekorda imza atıb.

Publika.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 0:1 hesabı ilə uduzan "sambaçılar" cari ildə 5-ci məğlubiyyətlə üzləşiblər.

Beşqat dünya çempionları 9 oyunun 3-də qələbə qazanıb, 1-də isə heç-heçə edib. Braziliya millisi tarixdə ilk dəfə bir ildə keçirdiyi matçların yarısından çoxunda (56 faiz) yenilib.

Onların əvvəlki ən pis göstəriciləri 1963 (18 görüşün 8-də məğlubiyyət - 44 faiz) və 2001-ci ildə (20 matçın 8-də məğlubiyyət - 40 faiz) qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru