PSJ 80 milyon avroluq transfer etdi 23-11-2023, 10:11 Fransanın PSJ klubu Qonçalo Ramosun transfer hüququna yiyələnib.“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, Paris təmsilçisi 22 yaşlı forvard üçün Lissabon təmsilçisinə 65+15 milyon avro ödəyəcək.Müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Qeyd edək ki, Q. Ramos PSJ-nin heyətində meydana çıxdığı 15 matçda 2 qol və 1 məhsuldar ötürmə edib. Facebook-da paylaş