The Sun püşkü atdı, Türkiyə millisi AVRO-2024-ün “Ölüm qrupunda”

24-11-2023, 09:34           
The Sun püşkü atdı, Türkiyə millisi AVRO-2024-ün “Ölüm qrupunda”
Britaniya mətbuatı Almaniyada keçiriləcək AVRO-2024-ün səbətləri barədə simulyasiya xarakterli məlumat dərc edib.
Seçmə mərhələni qrup lideri kimi başa vuran Türkiyə Milli komandası nəhəng turnirə 2-ci səbətdən qatılacaq.
Məlumata görə, “ay-ulduzlular” İngiltərə Şotlandiya və İtaliya ilə eyni qrupda yer alacaq.
Komandaların gücü etibarilə ən çətini Türkiyənin də yer aldığı qrupdur.
1-ci qrup: Almaniya, Danimarka, Çexiya, Pley-off A
2-ci qrup: İspaniya, Albaniya, Slovakiya, Serbiya
3-cü qrup: Fransa, Rumıniya, Sloveniya, Pley-off C
4-cü qrup: İngiltərə, Türkiyə, Şotlandiya, İtaliya
5-ci qrup: Belçika, Macarıstan, Xorvatiya, İsveçrə
6-cı qrup: Portuqaliya, Avstriya, Hollandiya, Pley-off B
Qeyd edək ki, püşkatma mərasimi dekabrın 2-də keçiriləcək.
Baku.ws












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru