“Milan” üç xalı bir qolla qazandı - FOTO/VİDEO

26-11-2023, 10:24           
“Milan” üç xalı bir qolla qazandı - FOTO/VİDEO
İtaliya A Seriyasının 13-cü turunda “Milan” “Fiorentina”nı qəbul edib.

Qarşılaşma 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

45+2-ci dəqiqədə Teo Hernandes penaltini qazanıb və onu özü reallaşdırıb.

Françesko Kamarda 15 yaş 260 günündə 83-cü dəqiqədə “Milan”da debüt edərək ən gənc futbolçu kimi İtaliya A seriyasında rekorda imza atıb.
Hazırda “Milan” 26 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Fiorentina” isə 20 xalla 5-ci yerdədir.

Çempionatın lideri “İnter”dir (31). Onu 29 xalla “Yuventus” izləyir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru