Qırğız döyüşçünün dirsək zərbəsi braziliyalının qulağını qopardı - VİDEO

26-11-2023, 13:14           
Qırğız döyüşçünün dirsək zərbəsi braziliyalının qulağını qopardı - VİDEO
Braziliyalı MMA döyüşçüsü Vinisius Kruz “Absolute Championship Akhmat” turnirində döyüş zamanı qulağının bir hissəsini itirib.

Məlumata görə, Kruz qırğızıstanlı döyüşçü Edil Esenqulova texniki nokautla məğlub olub. Zərbələrin birindən sonra Kruzun qulağının bir hissəsi qopub.


Hakim Esenqulovun dirsək zərbəsindən sonra Kruzun sözün əsl mənasında qulaqsız qaldığını görüb və döyüşü dayandırıb. Həkimlər təcili olaraq çağırılıb və qanaxmanı dayandırmaq üçün ilkin tibbi yardım göstərilib. İdmançının sağlamlığı üçün təhlükə yoxdur.

Qeyd edilir ki, Esenqulovun çəki limiti 1,45 kq çox olub. O, cərimə olaraq qonorarının 50 faizini rəqibinə ödəyəcək.
Tədbir Rusiyanın Sankt-Peterburq şəhərində keçirilir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru